featured-image-55096

Argentina millisinin qapıçısı Emiliano Viviano 2 oyunluq diskvalifikasiya olunub. Msport.az xəbər verir ki, bu barədə insayder Sezar Merlo paylaşım edib.

Onun sözlərinə görə, FİFA 32 yaşlı futbolçunu telekameraya zərbə endirdiyi üçün cəzalandırıb.

Xatırladaq ki, sentyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya – Argentina (2:1) oyunundan sonra Martines yanından keçən operatorun kamerasına zərbə endirib.

Mənbənin sözlərinə görə, artıq Argentina Futbol Federasiyasına qapıçının Venesuela ilə səfər və Boliviya ilə ev oyunlarını buraxacağına dair məlumat verilib.

Bənzər xəbərlər