Emrelinin komandasının kubokda rəqibi bilindi
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern”in Almaniya Kubokunda rəqibi bəlli olub.
Msport.az xəbər verir ki, komanda turnirin I raundunda “RSV Aytraxt 1949” kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma avqustun 17-də təşkil olunacaq.
Qeyd edək ki, Mahir Emreli ötən gün “Kayzerslautern”lə 3 illik müqavilə bağlayıb.