featured-image-57859

SSRİ və Rusiya yığmasının sabiq hücumçusu İqor Kolıvanov İqor Berezutskinin “Sabah” klubuna baş məşqçi təyin olunmasına münasibət bildirib. Msport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Berezutskinin Azərbaycanda özünü göstərmək üçün yaxşı şansı olduğunu deyib:

“Murad Musayev də Azərbaycana getdi və orada yarım il işlədi. Ona görə də Vasili Berezutskiyə dəstək olmaq lazımdır, baş məşqçi böyük məsuliyyətdir. Həm də o indiyə kimi baş məşqçi işləməyib. O, kifayət qədər təcrübəli mütəxəssisdir. Bir sıra mütəxəssislərin yanında çalışıb. Berezutskinin özünü “Sabah”da yaxşı tərəfdən göstərmək üçün yaxşı şansı var.

Yəqin ki, Vasya bu komandanı izləyib, bəzi oyunçularını tanıyır. Ən yaxşısı odur ki, dil baryeri olmayacaq. Əlbəttə, əcnəbi futbolçular olacaq, amma o, ingilis dilini bilir və yaxşı da danışır. Düşünmürəm ki, Berezutskinin adaptasiya ilə bağlı problemləri yaranacaq. Əgər onu dəvət ediblərsə, deməli, bizim  azərbaycanlı dostlarımız kömək edəcəklər və hər şeyi izah edəcəklər. Ola bilsin ki, sonradan Berezutskini Rusiya Premyer Liqası klublarından biri dəvət etdi. Əsas odur ki, o, özünü “Sabah”da yaxşı tərəfdən göstərsin”.

Bənzər xəbərlər