“Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram”
“Oyuna yaxşı hazırlaşmışıq. Komandada ruh var. Sabah meydandan qələbə ilə ayrılmağa çalışacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Abbas Hüseynov UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəkləri səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi komandada yaxşı ab-hava olduğunu bildirib: “Əlimizdən gələni edəcəyik. Vətənə 3 xalla dönəcəyimizə inanıram”.
O, ağır zədədən sonra optimal formaya düşməyə çalışdığını vurğulayıb: “Öz üzərimdə çox çalışıram. İnanıram ki, əvvəlkindən də yaxşı formada olacağam”.
Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək Estoniya-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.