Əvəzedicilər Liqasında iki texniki məğlubiyyət
Əvəzedicilər liqasında X turun iki oyununun nəticəsi ləğv edilib.
Msport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununda Ağdam təmsilçisi futbolçu limitinin pozub. Buna görə “Qarabağ”ın ikinci komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” matçında isə meydan sahibləri legioner limitini pozub. Bu üzdən “Sumqayıt”ın ikinci komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimələnib.