“Fənərbağça”da 2 ciddi itki
“Fənərbağça”nın futbolçuları Marko Asensio və Natan Ake sıradan çıxıb.
Msport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Asensio sol dizindəki qığırdaq zədəsinə görə İspaniyada əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Yarımmüdafiəçinin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Ake isə Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya” (Praqa) ilə matçda (2:2) zədələnib. Müayinələr zamanı niderlandlı müdafiəçinin sağ ayağında orta dərəcəli əzələ dartılması və şişkinlik aşkarlanıb. Onun təxminən 3 həftə oynaya bilməyəcəyi gözlənilir.







