featured-image-21439

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə Fransanın məşhur  “Ekip” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la müqavilə imzalamağa çox yaxındır. Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2.5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.

Xatırladaq ki, Yassin Benzia Fransada Lion “Olimpik”i, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Bənzər xəbərlər