Fernandu Santuş məsuliyyəti öz üzərinə götürdü
“Məsuliyyəti öz üzərimə götürürəm”.
Msport.az xəbər verir ki, bunu dam. Komandanın taktiki sxemini mən düzəldirəm və futbolçuları heyətə cəlb edən mənəm. Baxmayaraq ki, görüşə yaxşı hazırlaşmışdıq. Düşünürdüm ki, ön xətdə iki sürətli futbolçumuzun xidmətindən yüksək səviyyədə yararlana bilərik. Təəssüf ki, bu, bizdə alınmadı. Bu görüş mənim üçün dərs oldu. Öz üzərimizdə çox çalışmalıyıq. Mən məsuliyyəti başqa şəxslərin üzərinə atan məşqçilərdən deyiləm. Böyük hesabla uduzmuşuqsa, məsuliyyət mənə aiddir”.
Qeyd edək ki, “Stroberri Arena”da baş tutan C Liqasının son matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesbaı ilə uduzub.