Fernandu Santuşun mətbuat konfransının vaxtı bilindi
Latviya və Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüş öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Msport.az xəbər verir ki, hər iki komandanın tədbiri sabah baş tutacaq.
6 iyun
Latviya millisi
12:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:30. Mətbuat konfransı
Azərbaycan millisi
18:45. Mətbuat konfransı
19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd edək ki, iyunun 7-də Riqadakı “Skonto” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.