FIFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
FIFA futbolçularla klublar arasında müqavilələrin ləğvi və təzminat ödənişləri ilə bağlı qaydalara dəyişiklik edəcək.
Msport.az xəbər verir ki, dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, klublar müqavilələrini yenilənmiş tələblərə uyğunlaşdırmalı olacaq. Buna görə futbolçu ilə klub arasında müqavilənin birtərəfli qaydada pozulması zamanı ödəniləcək məbləğ konkret vəziyyətə və müqavilənin şərtlərinə ağlabatan şəkildə uyğun olmalıdır.
Qeyd edək ki, təzminat məbləği futbolçunun müqaviləsində əvvəlcədən müəyyənləşdirilən sabit ödənişdir. Bu məbləğ ödənildikdə klub futbolçunun başqa komanda ilə razılığa gəldiyi halda onun transferinə mane ola bilməz.







