featured-image-84252

“Ayaks” “Bavariya” ilə yoldaşlıq görüşü keçirəcək.

Msport.az xəbər verir ki, qarşılaşma 2027-ci il yanvarın 5-də Keniyanın paytaxtı Nayrobidə baş tutacaq.

Tutumu 60 min nəfər olan “Talanta” idman kompleksindəki Raila Odinqa adına Beynəlxalq Stadionun açılış matçı olacaq.

Yeni arena 2027-ci ilin yayında keçiriləcək Afrika Millətlər Kubokunun oyunlarına da ev sahibliyi edəcək.

“Ayaks”ın yaydığı məlumatda bildirilib ki, klub bu tədbirə dəvət olunmaqdan məmnundur. Komanda üçün “Bavariya” ilə görüş mövsümün ikinci yarısına hazırlığın son mərhələsi olacaq.

Matçın biletlərinin satışa çıxarılması ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.

Bənzər xəbərlər