featured-image-84247

FİFA 2026-cı il dünya çempionatının bilet satışından təxminən 4,49 milyard avro gəlir əldə edib.

Msport.az xəbər verir ki, bu məbləğ Qətərdə keçirilən DÇ-2022-nin bilet satışından əldə olunan gəliri 5 dəfədən çox üstələyir.

Həmçinin gəlir FİFA-nın 2,96 milyard avroluq proqnozunu da geridə qoyub.

Gəlirlərin artmasına mundialda oyunların sayının 64-dən 104-ə çatdırılması və dinamik qiymət siyasəti təsir göstərib. FİFA-nın rəsmi platformasında biletlərin təkrar satışına görə 30 faiz komissiya tutulub. Bəzi biletlər ilkin qiymətindən dəfələrlə baha satışa çıxarılıb.

Qeyd edək ki, daha öncə FİFA-nın bilet qiymətləri və satış siyasəti azarkeşlər tərəfindən kəskin tənqid olunub.

Bənzər xəbərlər