"FİFA Series-2026"-nın formatı dəyişdi -Millimiz Syerra Leone ilə qarşılaşacaq
Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.







