Flikin əvəzləyicisi bəllidir
“Barselona” hazırda “Komo”nu çalışdıran sabiq yarımmüdafiəçisi Sesk Fabreqasın baş məşqçi kimi nümayiş etdirdiyi uğurlu inkişafı diqqətlə izləyir.
Msport.az xəbər verir ki, kataloniyalılar Fabreqası gələcəkdə Hansi Flik komandadan ayrılacağı təqdirdə onu əvəz edəcək ən əsas namizəd hesab edirlər.
Fabreqasın rəhbərliyi altında “Komo” klubu tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparır və hazırda A Seriyasında 4-cü pillədə qərarlaşıb.







