featured-image-61711

“Səbail” Azərbaycan Premyer Liqasının XXIII turunda doğma meydanda “Sabah”la qolsuz heç-heçə edib.

Mport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun mahiyyətini dərk edirdik. Çox istəyərdik ki, qələbə qazanaq. Vaxt azlığına görə bütün detalların üzərində işləyə bilməmişdik. Futbolçuların göstərdikləri oyun intizamına və xarakterə görə çox sevinirəm. Qələbə qazana bilərdik. Amma 1 xalla kifayətləndik. Yolumuza davam edirik. Bizi qarşıda daha da çətin oyunlar gözləyir. Çalışacağıq ki, qələbələr əldə edək.

– Bundan sonra “Səbail”in daha yaxşı oyunlarını görə biləcəyik?

– İnşallah. Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu da onu göstərir ki, zamana ehtiyacımız var idi. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Oyundan-oyuna inkişaf etməyə çalışırıq. Hər məşqçinin öz taktiki oyun planı var. Futbolçular mənim verdiyim tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edirlər. Onlardan razıyam.

Bənzər xəbərlər