“Futbolçularım bu gün yaxşı iş gördülər” – Elmar Baxşıyev
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Zirə” – “Araz-Naxçıvan” (0:2) oyunundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Ağır oyun olacağını bilirdik. İlk oyun da göstərmişdi ki, hər iki komanda yaxşı mübarizə aparır. Komandanı ağır oyuna hazırlayırdıq. Yenə də futbolçularım bu gün yaxşı iş gördülər və layiqli qələbə qazandılar. Bu matçı unudub çempionat oyunlarına hazırlaşmalıyıq. Futbolçularımı təbrik edirəm. Zədəlilərimizin olmasına baxmayaraq, bu gün çox yaxşı iş çıxartdılar.
– Zədəli futbolçular nə vaxt qayıdacaq?
– Bəzilərində mikro travmadır, bəzilərndə isə komandayla məşqlərə start veriblər. Düşünürəm ki, getdikcə, daha optimal heyətə malik olacağıq.
– Cütün taleyini 3 penalti həll etdi. Bunu gözləyirdiz?
– Düşünürəm ki, təsadüf idi. “Zirə”nin də epizodları oldu, amma qapıçımız yaxşı oynadı. (futbolpress.az)