Futbolçumuz Albaniyada ilk turda “fərqləndi”
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya Superliqasında I tur oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda doğma meydanda “Voru”nu qəbul edib.
Görüş “Partizani”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal bu matçda iştirak edib. 30 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 47-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.
Qeyd edək ki, Vüsal İsgəndərli “Partizani”yə bu yay keçib.