“Göyəzən” - “Xankəndi” finalına doğru - Region Liqasında
AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında yarımfinal mərhələsi start götürüb.
Msport.az xəbər verir ki, final yolunda ilk oyunlar keçirilib.
Mərhələyə evdə başlayan “Göyəzən” və “Xankəndi” böyükhesablı qələbə qazanaraq, cavab matçı öncəsi ciddi üstünlüyə yiyələnib.
“Göyəzən” – “Şirvan” – 4:1
Arzuman Vəliyev, 13, 27; Elgün Qəhramanov, 56; Ümid Mahmudov, 79 – Elgün Xəlilov, 90+1
“Xankəndi” – “Ağstafa Gəncləri” – 4:0
Pərviz Qaraxanov, 6, 72; Kamran Hüseynov, 38 (avtoqol); Sərxan Ağayev, 60