featured-image-63032

Haiti millisinin baş məşqçisi Sebastyen Minye sabah Azərbaycana qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb.

Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Gözləntilərimiz, əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq.

– Azərbaycan millisi ilə tanışsınız?

– Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.

Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiniz?

– Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəyəm.

– Zədəli futbolçularınız var?

– Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər.

Bənzər xəbərlər