Hakimi vuran futbolçunun cəzası açıqlandı
AFFA İntizam Komitəsi aşağı liqalarda çıxış edən komandaların iki baş məşqçisini və bir futbolçusunu ağır cəzaya məruz qoyub.
Msport.az xəbər verir ki, onlardan ikisi U-15 liqasına şamil edilib.
Belə ki, həmin liqanın “Asta” – “Qəbələ” oyunu bitdikdən sonra qonaqların futbolçusu Emil Təhməzov hakimə fiziki təzyiq göstərib, onu əllə vurub. Bu, oyunçunun 10 matçıq cəzalandırılmasına səbəb olub.
U-15 Liqasında çıxış edən “Metak”ın baş məşqçisi Mehman Səfərov isə “Turan Tovuz”la qarşılaşmada hakimi təhqir edib. O, qarşıdakı 5 turu buraxmalı olacaq.
U-13 Qızlar liqasında isə “Səbail”in baş məşqçisi Etibar Həsənov “Şəfa” ilə matçda təhqiredici, qeyri-etik ifadələr işlədib. O da 5 oyunluq cəza ilə üzləşib.