“Hakimlər oyunu yaxşı idarə etdilər” – Kurban Berdiyev
“Mövsümün sonunda necə olacağını bilmirik”.
Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev səfərdə “Şamaxı” komandasını 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyunun çətin keçdiyini bildirib: “Hava durumuna görə çətin oyun alındı, amma şərtlər hər iki tərəf üçün bərabər idi. Bizim də, rəqibin də müəyyən imkanları oldu. Qələbə qazandığımız üçün şadıq”.
Berdiyev oyunun idarəetməsindən razı qaldığını da bildirib: “Hakimlər oyunu yaxşı idarə etdilər”.
O, daha sonra komandasının durumunu şərh edib: “Hər oyuna ayrıca hazırlaşırıq və fikrimiz ancaq növbəti rəqibdə olur”.