featured-image-59635

Azərbaycanın futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyununu idarə ediblər.

Msport.az xəbər verir ki, Rumıniyanın “Universitatya Kluj” və Cənubi Koreyanın “Qanqvon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatya Kluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Bənzər xəbərlər