featured-image-84042

“Mançester Siti”nin norveçli futbolçusu Erlinq Haland Avropanın üç nəhəng klubunun transfer hədəfinə çevrilib.

Msport.az xəbər verir ki, “Real”, “Barselona” və PSJ hücumçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

İngiltərə Premyer Liqasının “Mançester Siti” ilə bağlı maliyyə qaydalarının pozulması işinə dair gözlənilən qərarı Halandın gələcəyinə təsir göstərə bilər. Klubun inzibati qaydada aşağı liqaya göndərilməsi ehtimalı norveçli futbolçunun mövsümün sonunda ayrılması üçün şərait yarada bilər.

Haland yaxın ətrafına karyerasını İspaniyada davam etdirməyə üstünlük verdiyini çatdırıb. Bu isə “Barselona” və “Real”ın şanslarını artırır.

Hər üç klub 2026-cı ilin son aylarında İngiltərədə qəbul ediləcək rəsmi qərarları izləyəcək. “Mançester Siti”nin Çempionşipə göndərilməsi təsdiqlənərsə, Haland uğrunda mübarizənin daha da güclənəcəyi gözlənilir.

Bənzər xəbərlər