featured-image-82533

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 4-cü turunda “Mançester Yunayted”ə qarşı keçirilən derbidə komandasına qələbə qazandıran yeganə qolu vurub.

Bu, Halandın Premyer Liqada Mançester derbilərində 9-cu qolu olub. O, bu göstəriciyə cəmi 8 oyunda çatıb.

Bununla da 25 yaşlı hücumçu Mançester derbilərində ən çox qol vuran futbolçu olub. Haland “Mançester Siti”nin əfsanəsi Serxio Aqueronu geridə qoyub. Argentinalı 13 derbidə 8 qol vurub. Üçüncü pillədə isə “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi qərarlaşıb. O, 21 oyunda 8 dəfə fərqlənib.

Qeyd edək ki, Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir.

Bənzər xəbərlər