featured-image-58434

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Qərb klubunun baş məşqçisi Kurban Berdiyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– İki fərqli hissə izlədik. İlk yarıda həvəssiz oyun nümayiş etdirdik. Amma ikinci hissədə tam əksi oldu. Futbolçular xarakter göstərdilər. Onlara görə sevinirəm.

– Azarkeş olsaz, “Turan Tovuz”un oyunundan zövq alarsız?

– İlk hissədən yox. Amma ümumilikdə, yaxşı təsir bağışladığmız və ya əksinə anlar olub.

– Araş Qaderini bundan sonra da hücumda oynatmaq fikriniz var?

– Araşı tanıdığıma görə onu meydana buraxdıq. Stressli anlarda yaxşı oynamağı bacarır. Yavaş-yavaş əvvəlki formasını bərpa edir. Onu İrandan tanıyıram.

– “Şamaxı”nın ikinci qolundan əvvəl qayda pozuntusu gözlədiz, sizin də ləğv olunan qolunuz oldu. Bu epizodları necə şərh edərdiniz?

– Hamı səhv edə bilər. Məşqçilər də, oyunçular da, təbii ki, hakimlər də. Əsas odur ki, bilərəkdən olmasın. Allah hər şeyi görür.

– Deniz Marandiçidən sonra bu gün Xəyal Nəcəfov da zədələndi. Qarşıdakı matçlarda heyətlə bağlı problem yaşamayacaqsız?

– Bu gün Fərid Yusifli özünü yaxşı tərəfdən göstərdi. Xəyalın da növbəti oyuna hazır olacağını gözləyirik. Zədəsi ciddi deyil.

– Qələbəni Denis Marandiçiyə həsr edirsiz?

– Əlbəttə ki, onun yoxluğunu hiss etdik, Bu gün futbolçular Denisin formasını nümayiş etdirdilər. Uşaqlar onunla mütəmadi əlaqə saxlayır. Bu gün qələbəni Denisə həsr etdik.

– Qış hazırlığı ilə bağlı planınız nədir? Sizcə vaxt az deyil?

– Müddəti federasiya müəyyənləşdirir. Təbii ki, vaxt azdır. Futbolçular yaxşı istirahət etməlidir. Biz 4-13 yanvar tarixləri arasında Türkiyədə hazırlıq keçməyi düşünürük.

– Qələbədə azarkeşlərin payı nə qədərdi?

– Ən yaxşı azarkeşlər bizdədir. Səfərdə də bizimlə olurlar. (sportal)

Bənzər xəbərlər