featured-image-65542

“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qələbə qazanaraq, Superfinala vəsiqə qazandıq və əsas vəzifənin öhdəsindən gəldik”.

Msport.az xəbər verir ki, bunu çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Sahib Məmmədov deyib.

O, AFFA-nın mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının I seçmə mərhələsi (EBSL) çərçivəsində İspaniyada keçirilən oyunları dəyərləndirib: “Sonuncu oyunda Litvaya məğlubiyyəti yorğunluqla əlaqələndirərdim. Çünki İngiltərə ilə ilk qarşılaşmada çox güc sərf etməli olmuşduq. Onsuz da, Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, Superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi. Bundan sonrakı hədəfimiz isə sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”.

Qeyd edək ki, B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn millimiz Litvaya (3:4) məğlub olub. 5 xalla qrupu ikinci pillədə başa vuran komandamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinala vəsiqə qazanıb.

Bənzər xəbərlər