featured-image-65517

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXXVI turunda doğma meydanda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik.

 “Kəpəz”dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?

– Həmin oyunu komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.

 “Turan Tovuz”un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdırHəmin oyuna baxacaqsız?

– Bəli, Azərbaycanda olacam, oyuna baxacam.

 “Araz-Naxçıvan”  “Turan Tovuz”dan milliyə heç kim dəvət olunmayıbBuna münasibətiniz necədir?

– Bu, millinin baş məşqçisinin qərarıdır.

Bənzər xəbərlər