featured-image-68340

Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynov “Arda”nın heyətində növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi “Lokomotiv”ə (Plovdiv) qarşı 90 dəqiqə meydanda olub.

4-cü tur çərçivəsində keçirilən qarşılaşmada “Arda” güclü rəqibinin müqaviləmətini qıra bilməyib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Cəlalın komandası 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Arda” növbəti turda öz meydanında SSKA (Sofiya) ilə qarşılaşacaq.

Bənzər xəbərlər