featured-image-68667

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov “Arda”nın heyətində Konfrans Liqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, onun komandası pley-off mərhələsində “Rakov”un qonağı olub.

Polşada keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Start heyətində yer alan Cəlal 90+1-ci dəqiqədə əvəzlənib. O, komandasının ən yaxşılarından biri olub.

Qeyd edək ki, komandalar arasında cavab matçı ayın 28-də Bolqarıstanda keçiriləcək.

Bənzər xəbərlər