Hüseynovun komandası səfərdə uduzdu
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, onun çıxış etdiyi “Arda” VI turda səfərdə “Slaviya” ilə qarşılaşıb.
Sofiyada keçirilən görüş “Slaviya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Cəlal görüşü əvəzolunmadan keçirib.
Qeyd edək ki, “Arda” mövsümdə ikinci dəfə uduzub və 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.