II Liqa klubu texniki məğlubiyyət aldı
Azərbaycan çempionatının II Liqasında daha bir oyunda texniki nəticə qeydə alınıb.
Msport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
XI turunun “Dinamo” – “Hypers Guba” oyununda qonaqlara texniki məğlubiyyət verilib. Meydan sahibləri üç top fərqi ilə qalib gəldiyindən hesab 4:1 saxlanılıb. “Hypers Guba” 400 manat cərimə edilib. Buna səbəb 80-ci dəqiqədə adı matçın protokolunda olmayan Nail Təhməzlinin oyuna daxil olmasıdır.
Qeyd edək ki, bu, II Liqanın cari mövsümündə 3-cü texniki nəticədir.