featured-image-58421

Bu gün Azərbaycan II Liqasında 12-ci tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

Lider “Şahdağ Qusar” ikinci pillədə qərarlaşan “Şəfa”nı qəbul edib. Şamaxı şəhərindəki OİK stadionunda keçirilən qarşılaşmada Qusar təmsilçisi 7:1 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində “Şahdağ Qusar” liderliyini qoruyub.

Qeyd edək ki, oyunu FİFA referi Əliyar Ağayev idarə edib.

Bənzər xəbərlər