II Liqanın pley-off matçının nominal meydan sahibi bilindi
II Liqada pley-off oyununun nominal meydan sahibi bəlli olub.
Msport.az xəbər verir ki, bununla bağlı püşk atılıb.
Püşkatma mərasimində PFL-lə yanaşı, “Lerik” və “Şirvan” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik” nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan” meneceri Miremin Məmmədovla təmsil olunub. Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olacaq.
Qeyd edək ki, II Liqa uğrunda pley-off oyunu mayın 29-da “ASCO Arena”da keçiriləcək.