“İmişli” ECA-nın rəsmi üzvü oldu
“İmişli” Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır. “İmişli” isə bu mövsüm Premyer Liqada çıxış edəcək.