“İmişli”nin rəqibləri müəyyənləşdi
Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran “İmişli”nin hazırlıq planında dəyişiklik baş verib.
Msport.az xəbər verir ki, bölgə təmsilçisi toplanış məqsədi ilə Qəbələyə yola düşüb.
Kollektiv avqustun 3-dək bölgədə məskunlaşacaq. “İmişli” Qəbələ şəhər stadionunda yerli komanda və “Karvan”la yoxlama görüşlərində qüvvəsini sınayacaq.