Şamaxıda qol olmadı, "Qarabağ"dan darmadağın
Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə “Şamaxı” “İmişli”ni qəbul edib. Qapılara qol svurulmayıb – 0:0.
Günün digər oyununda isə “Araz-Naxçıvan” “Qarabağ”ın qonağı olub. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Qurban Qurbanovun komandası rəqib qapısından 6 top keçirib – 6:0. “Qarabağ”ın heyətində Duran və Leandro Andrade dubl edib.
8 mart
Azərbaycan Premyer Liqası
23-cü tur
“Şamaxı” – “İmişli” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Şamaxı şəhər stadionu
19:15. “Qarabağ” – “Araz-Naxçıvan” – 6:0
Qol: Joni Montiel, 15-pen.; Leandro Andrade, 33, 36, Kamilo Duran, 64-pen.; Musa Qurbanlı, 83, Kamilo Duran, 89
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu
9 mart
18:30. “Zirə” – “Kəpəz”
20:30. “Neftçi” – “Turan Tovuz”
10 mart
19:15. “Sabah” – “Qəbələ”
7 mart
“Karvan-Yevlax” – “Sumqayıt” – 1:1







