featured-image-67269

Premyer Liqanın debütantı “İmişli”nin yoxlama oyunlarındakı daha iki rəqibi bilinib.

Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda iyulun 19-da “Araz Naxçıvan-2”, 23-də isə “Sumqayıt”la qarşılaşacaq. Avqustun 9-dək paytaxtda məskunlaşacaq “İmişli” ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq.

Bənzər xəbərlər