“İmişli” yoxlama oyununda qalib gəldi
Milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə “İmişli” görüşü keçirib. Msport.az xəbər verir ki, Premyer Liqanın debütantı I Liqa təmsilçisi “Cəbrayıl”la qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüş “İmişli”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Edvin Bangera, Abbas Ağazadə və Rafael Veqeş fərqlənib.