featured-image-20532

“İnter”in hücumçusu Edin Cekonun meneceri Alessandro Luççi yaxın günlərdə İtaliya klubunun nümayəndələri ilə görüşəcək.

Msport.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, görüşün səbəbi bosniyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlıdır.

Onun sözlərinə görə, menecerlə klub rəsmiləri fevralda danışıq apara bilər. Milan klubu 36 yaşlı forvardın anlaşmasını 2024-cü ilin iyununa kimi uzatmaq istəyir.

Yeni müqaviləyə əsasən, Ceko ildə 4 milyon avro alacaq.

Təcrübəli oyunçu ilə Top-5 liqasının bəzi komandaları maraqlansa da, o, “İnter”də qalmaq istəyib. Onun müqaviləsi bu mövsümün sonunda başa çatır.

Ceko 2021-ci ildən “İnter”də çıxış edir.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər