Ulduz futbolçunun evi qarət edildi
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin İngiltərənin Çeşir qraflığında yerləşən evi qarət olunub.
Msport.az xəbər verir ki, maskalı üç nəfər futbolçunun evinə daxil olaraq zinət əşyalarını və digər bahalı əşyaları oğurlayıblar.
Hadisə Fernandeş İtaliyada olduğu vaxt baş verib. O, həmin vaxt Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Komo” ilə matçda iştirak edib. Görüşdə İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
Şübhəli şəxsləri görən qonşu polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları çağırışdan 10 dəqiqə sonra hadisə yerinə çatsalar da, qarətçilər artıq ərazidən qaçmağa nail olublar.
Bruno Fernandeş və həyat yoldaşı Ana hadisədən ciddi sarsılıblar.







