featured-image-84144

Meksikanın “Pumas” klubunun hücumçusu Juninyo Olavio 2025-ci ilin əvvəlində “Qarabağ”dan ayrıldığı üçün peşman deyil.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu Braziliya mətbuatına açıqlamasında Azərbaycan klubundan sonra ölkəsində “Flamenqo”da ümidləri doğrulda bilməməsinə aydınlıq gətirib.

O, “Flamenqo”da “Qarabağ”dakı qədər şans əldə etmədiyini etiraf edib: “Qarabağ”da hər şey əla gedirdi. Həm fərdi, həm də kollektiv nəticələr ürəyimcə idi. Oradan “Flamenqo”ya getdiyim üçün də xoşbəxt idim. Amma klubda bir əfsanənin – Qabiqolun yerini doldurmalı oldum. Özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı əldə edə bilmədim. Əminəm ki, daha çox zamanım olsaydı, bacarığımı göstərəcəkdim”.

Qeyd edək ki, Juninyo Olavio 2023-cü ilin iyulundan 2025-ci ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib.

Bənzər xəbərlər