Kadi Borges “Qarabağ”a qayıtdı - RƏSMİ
Msport.az xəbər verir ki, Ağdam klubu braziliyalının dönüşünü rəsmi sayt vasitəsilə açıqlayıb.
28 yaşlı “sambaçı” köhnə-yeni komandası ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2021-22-ci illərdə “Qarabağ”da çıxış edən Kadi Borges 75 oyunda 28 qol vurub. O, 2021-22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.