Kamal Umudlu UEFA Gənclər Liqasında
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvengers yerinə yetirəcək.
Noyabrın 6-da Gelzenkirxen şəhərində yerləşən “Parkstadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.