Kamilo Duran Kolumbiya millisindən kənarda qaldı
Kolumbiya milli komandasının qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, cənubi amerikalılar martda Xorvatiya və Fransa yığmaları ilə qarşılaşacaqlar.
Millinin baş məşqçisi Nestor Lorentso 26 futbolçuya dəvət göndərib. Onların arasında “Qarabağ”ın hücumçusu Kamilo Duran yoxdur. Halbuki bir neçə gün öncə 24 yaşlı forvardın milliyə dəvət olunduğuna dair xəbər yayılmışdı.
Qeyd edək ki, Kolumbiya yığmasına Luis Suares (“Sportinq”), Rafael Santos Borre (“İnternatsional”, Braziliya), Luis Dias (“Bayern”), Con Kordoba (“Krasnodar”) kimi hücumçular dəvət alıb.







