Karim Rossiyə təkliflər - “Şamaxı”dan ayrılır
“Şamaxı”nın hücumçusu Karim Rossi yayda komandadan ayrıla bilər.
Msport.az xəbər verir ki, isveçrəli futbolçu ilə Qazaxıstan Premyer Liqasının iki klubu maraqlanır.
32 yaşlı forvardın bu mövsüm göstərdiyi oyun diqqətdən yayınmayıb. Rossi “Şamaxı”nın heyətində Misli Premyer Liqasında 30 matçda 9 qol vurub.
Qeyd olunur ki, futbolçu ilə yalnız Qazaxıstan klubları deyil, həmçinin Rusiya Premyer Liqası, Səudiyyə Ərəbistanı və Azərbaycan təmsilçiləri də maraqlanır.
Qeyd edək ki, Kərim Rossinin “Şamaxı” ilə müqaviləsi yayda başa çatacaq. Bu səbəbdən hücumçu klubunu azad agent kimi dəyişə bilər.







