Karrikin alternativi müəyyənləşib
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikin mümkün istefasından sonra komandanı çalışdırmağa əsas namizəd Eddi Hau hesab olunur.
Msport.az xəbər verir ki, klubun idman direktoru Ceyson Uilkoks Karriklə yollar ayrılacağı təqdirdə Haunun təyin olunmasına üstünlük verir.
Uilkoksun seçimində Haunun İngiltərə Premyer Liqasındakı iş təcrübəsi əsas rol oynayır. İdman direktorunun mövqeyinin klubun həmsahibləri Cim Retkliff və Qleyzer ailəsi üçün işə qəbul üzrə direktor Kristofer Vivellin fikrindən daha böyük əhəmiyyət daşıyacağı vurğulanır.
“Mançester Yunayted”in transferlər üzrə direktoru, almaniyalı Kristofer Vivell isə komandanın başına Yulian Nagelsmannın gətirilməsini istəyir.
Qeyd edək ki, Eddi Haunun son iş yeri 2021-2026-cı illərdə rəhbərlik etdiyi “Nyukasl” olub. Komanda onun başçılığı altında İngiltərə Liqa Kubokunu qazanıb.







