"Karvan"dan daha bir transfer
Premyer Liqanın debütantı “Karvan” daha bir transferini açıqlayıb. Msport.az xəbər verir ki, Yevlax klubu Vüsal Məsimovla anlaşıb.
25 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Məsimov son olaraq “Şamaxı”da çıxış edib. O, ötən il Azərbaycan Premyer Liqasında 11 oyunda forma geyinib.
Vüsal daha əvvəl “Səbail”, “Kəpəz” və “Turan Tovuz”un da şərəfini qoruyub.