"Sumqayıt" Yevlaxda da qalib gələ bilmədi
Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə – 23-cü tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun gününə bir matç keçirilib.
“Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Saşa İliçin komandası 7 oyundur ki, qələbə qazana bilmir. Onların son qalibiyyəti yanvarın 30-da məhz “Karvan”la görüşdə olmuşdu.
Azərbaycan Premyer Liqası
23-cü tur
7 mart
15:00. “Karvan-Yevlax” – “Sumqayıt” 1:1
Coy Leyns Mikels. 90+4 – Səbuhi Abdullazadə,51-pen
Yevlax şəhər stadionu
8 mart
15:00. “Şamaxı” – “İmişli”
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
9 mart
18:30. “Zirə” – “Kəpəz”
20:30. “Neftçi” – “Turan Tovuz”
10 mart
19:15. “Sabah” – “Qəbələ”







