"Karvan-Yevlax" "Neftçi"ni büdrədə biləcək?
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, turun son oyunu Yevlaxda keçiriləcək. Premyer Liqada qalmaq uğurunda mübarizə aparan “Karvan Yevlax” “Neftçi”ni qəbul edəcək. Avrokuboklar uğrunda mübarizə aparan “ağ-qaralar”a bu matçda mütləq qələbə lazımdır.
Hazırda paytaxt klubu 47 xalla 5-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” – “Neftçi”
Yevlax şəhər stadionu,
2 may (şənbə)
“Araz-Naxçıvan” – “İmişli” – 0:1
“Kəpəz” – “Sumqayıt” – 2:1
3 may (bazar)
“Zirə” – “Qəbələ” – 1:0
“Şamaxı” – “Sabah” – 0:3
4 may (bazar ertəsi)
“Qarabağ” – “Turan Tovuz” – 2:1







