Kaşkilya “İmişli”dən ayrıla bilər
“İmişli” mövsüm sonunda baş məşqçisi Jorj Kaşkilya ilə yollarını ayıra bilər.
Msport.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssis və klub arasında olan müqavilə müddətinin yayda başa çatmasıdır.
Buna baxmayaraq, Kaşkilya karyerasın Azərbaycanda davam etdirə bilər. Belə ki, cari mövsümdə “İmişli” ilə göstərdiyi nəticələr səbəbindən portuqaliyalı yerli klubların diqqətini cəlb etməyi bacarıb.
İkinci altılıqda qərarlaşan klublardan bir neçəsi yeni mövsüm Kaşkilyanı komandasında görmək istəyir.
Qeyd edək ki, Jorj Kaşkilya 2025-ci ilin yayında “İmişli”nin baş məşqçisi təyin olunub.







